• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mask Argentinanın yeni prezidentindən nə istəyib?

DÜNYA

24 Dekabr 2023 | 17:29 | Müəllif: Subhan Mahmudov

Mask Argentinanın yeni prezidentindən nə istəyib?

Amerikalı milyarder İlon Mask Argentina litiumunu almaqda maraqlıdır.

Bakıvaxtı.az bildirir ki, bunu Argentinanın yeni Prezidenti Xavyer Miley deyib.

"Mask mənə zəng vurdu. O, litiumla çox maraqlanır. Eləcə də ABŞ və digər amerikalı şirkətlər də çox maraqlıdırlar bu məsələdə", - Miley bildirib.

Argentina prezidenti onu da əlavə edib ki, xarici biznesmenlər yerli siyasətçilər tərəfindən soyulmaq riski səbəbindən ölkəyə investisiya qoymaqdan qorxurlar.

Qeyd edək ki, Argentina Boliviya və Çili ilə birlikdə dünyanın litium ehtiyatının yarısına sahibdir. Bu metaldan elektrikli avtomobillərin akkumulyatorlarında istifadə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026