• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Özbəkistan Prezidenti Çinə GEDİR

DÜNYA

23 Yanvar 2024 | 12:57

Özbəkistan Prezidenti Çinə GEDİR

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə yanvarın 23-də bu ölkəyə yollanıb.

Bakıvaxtı.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Səfər proqramına yüksək səviyyəli danışıqlar və bir sıra ikitərəfli görüşlər daxildir”, - məlumatda bildirilib.

Vurğulanıb ki, səfər zamanı Özbəkistan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edilib ki, Özbəkistan dövlət başçısı həmçinin Çinin regionlarından birinə səfər edəcək, bu ölkənin aparıcı şirkətlərinin, bank-maliyyə qurumlarının rəhbərləri ilə görüşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR