"Dnestryanı deputatlar Konqresi" fevralın 28-də Moskvadan Dnestryanı ərazini Rusiyaya birləşdirməyi xahiş edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "TVS Prednestrovıe" kanalı məlumat yayıb.
Məlumata görə, Moldovanın separatçı Dnestryanı bölgəsi Putinin Moskvadakı çıxışından bir gün əvvəl, fevralın 28-nə Konqresin fövqəladə iclasını çağırıb.
Xatırladaq ki, əhalisinin 30%-ə yaxını yerli ruslardan təşkil olunan qondarma Dnestryanı Respublikası 1990-cı ildə Moldovadan ayrılıb. Hazırda rəsmi Kişineu hökuməti Dnestryanının Moldovaya birləşdirilməsi üçün addımlar atsa da, bölgədə sülhməramlı kontingent yerləşdirən Rusiya buna qarşı çıxmaqdadır.
Rafi Müslümov
















