• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pentaqon yenidən silahlanma xərclərini azaldacaq

DÜNYA

22 Fevral 2024 | 10:17

Pentaqon yenidən silahlanma xərclərini azaldacaq

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin borc tavanının artırılması ilə bağlı 2023-cü ildə əldə edilmiş razılaşmalara əməl etmək üçün 2025-ci maliyyə ilində yenidən silahlanma xərclərini təxminən 10 milyard dollar azaldacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Cozef Bayden 2023-cü ilin iyununda daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş borc tavanının artırılması ilə bağlı qanun layihəsini imzalayıb və bu qanunla federal qurumlar tərəfindən xərclərin 1% azaldılması nəzərdə tutulur. Pentaqonun isə mart ayında 2025-ci maliyyə ili (oktyabrın 1-dən başlayaraq) üçün 850 milyard dollardan bir qədər az məbləğdə maliyyə vəsaiti istəyəcəyi gözlənilir.

“Politico”da dərc olunan məqalədə qeyd olunub ki, Pentaqon işçilərə verilən müavinətlərlə bağlı xərcləri azaltmağa hazır deyil: “Buna görə də büdcə ixtisarı ABŞ Silahlı Qüvvələrinin yenidən silahlanması xərclərinin azaldılması hesabına həyata keçiriləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026