İsrail ordusu HƏMAS-ın girovları saxladığı tuneli videosunu paylaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Təl-Əvivin iddiasına görə, müxtəlif vaxtlarda bu tuneldə 20 israilli məhbus saxlanılıb.
Sözügedən tunelin Xan Yunusda mərkəzi bir yerdə yerləşdiyi iddia edilib.
Bildirilib ki, tunelin dərinliyi 20 metr, uzunluğu isə 830 metrdir.
Görüntülərdə tunel çoxlu qollara bölünür; burada stul, yorğan, stol kimi müxtəlif əşyaların olduğu görünür.
Ay Tac
















