• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İran XİN "Taliban" nümayəndələri ilə görüşdü

DÜNYA

10 Yanvar 2022 | 00:26

İran XİN "Taliban" nümayəndələri ilə görüşdü

“ABŞ-ın siyasəti ixtilaf yaratmaqdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Taliban”ın xarici işlər naziri Əmirxan Muttaki ilə görüşündə deyib.

İranlı nazir bildirib ki, Əfqanıstan və qonşu ölkələr arasında ixtilaf yaratmaq ABŞ-ın regionda əsas siyasətlərindən biridir.

ABŞ-ın Əfqanıstana humanitar yardımlar etməsi və Əfqanıstan xalqının iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardım etməsinin zərurətindən danışan H.Ə.Abdullahiyan bildirib ki, ABŞ Əfqanıstanın pul ehtiyatlarına qoyduğu həbsi aradan qaldırmalıdır.

“Taliban”ın xarici işlər naziri Ə.Muttaki öz növbəsində bildirib ki, ABŞ utancverici məğlubiyyətlə Əfqanıstanı tərk etsə də, bu ölkənin xalqına qarşı öz siyasətlərini davam etdirir: “ABŞ-ın bu siyasətləri nəticəsindədir ki, Əfqanıstan xalqının 80 faizi hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayırlar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026