İranın cənub-şərqində yerləşən Kirman əyalətində bu gün 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, İran Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01:00-da baş verib. Zəlzələnin episentri Kirman əyalətində yerləşib və təxminən 8 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda dağıntılar və mümkün insan tələfatı ilə bağlı məlumat verilməyib. Yerli hakimiyyət orqanları əraziyə xilasedici qruplar göndərib və vəziyyət izlənilir.
Qeyd edək ki, İran seysmik cəhətdən aktiv zonada yerləşir və ölkədə tez-tez zəlzələlər baş verir. Kirman əyaləti dəfələrlə oxşar təkanlarla üzləşmiş bölgələrdən biridir.
Əli Hüseynov