• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda “su qiyamı”: Ölən və yaralananlar var

DÜNYA

21 Iyul 2021 | 21:26

İranda “su qiyamı”: Ölən və yaralananlar var

İranın Xuzistan vilayətində su çatışmazlığıyla bağlı keçirilən etiraz aksiyası zamanı bir nəfər yerli sakin ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata əsasən, nümayiş zamanı kütlə içərisindən açılan atəş etirazçılardan birinə tuş gəlib. Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bununla yanaşı, aksiya zamanı 14 polis əməkdaşının da müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026