• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranın Səudiyyə Ərəbistandakı səfirliyi işini bərpa etdi

DÜNYA

01 May 2023 | 15:01

İranın Səudiyyə Ərəbistandakı səfirliyi işini bərpa etdi

İran Səudiyyə Ərəbistanındakı səfirliyinin fəaliyyətini bərpa edib. 

Bakıvaxtı.az  “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.

Məlumata görə, İran hələ Səudiyyə Ərəbistanına səfir təyin etmədiyindən Tehran Ər-Riyadda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin də mayın 9-na qədər öz işini bərpa edəcəyi gözlənilir. 

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub.

2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub. Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026