• Bakı 17° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Zelenski uşaqları Ukraynaya qaytarmaq istəyir

DÜNYA

31 May 2023 | 12:57

Zelenski uşaqları Ukraynaya qaytarmaq istəyir

Ukrayna prezidenti Vladimir Zelenski Uşaq Hüquqlarının Müdafiəsi Mərkəzinin açılışı çərçivəsində verdiyi bəyanatda “Uşaqları Ukraynaya qaytarın” fəaliyyət planını açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya isinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib:

“Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ukraynalı uşaqlara qarşı cinayətlərinə qarşı durmaq üçün planlaşdırılan Uşaq Hüquqlarının Müdafiəsi Mərkəzinin açılışında iştirak edib. Bu mərkəz cinayətin qurbanı olmuş və ya şahidi olmuş uşaqlar üçün müvafiq mütəxəssislərin uşaqlardan və onların ailələrindən məlumat almaq, tibbi müayinələr, o cümlədən məhkəmə-tibbi ekspertiza aparmaq, zəruri terapevtik yardım göstərmək üçün idarələrarası mərkəzdir”.

Zelenski bildirib ki, fəaliyyət planı çərçivəsində digər ölkələrlə də əməkdaşlıq qurulacaq:

“Biz uşaqları mümkün qədər tez, hələ balaca ikən Ukraynaya qaytarmaq istəyirik. Bu, ən vacib şeydir. Rusiyanın ukraynalı uşaqlara qarşı cinayətlərinə qarşı mübarizə aparacaq Uşaq Müdafiə Mərkəzinin açılışı zamanı mən “Uşaqları Ukraynaya qaytarın” fəaliyyət planını gördüm. Ukrayna hökuməti, xarici hökumətlər və beynəlxalq təşkilatlar bütün gənc Ukrayna vətəndaşlarını öz vətənlərinə qaytarmaq üçün güclərini birləşdirir".

Zelenski qeyd edib ki, ilk addım atılıb və 371 uşaq Ukraynada öz evlərinə qayıdıb:

"Biz onların hamısını geri qaytarmaq istəyirik. Mən bütün uşaqları Ukraynaya qaytarmağı ürəkdən arzulayır və bu proqramı tam dəstəkləyirəm. Bu yolda Ukraynaya kömək edən hər kəsə minnətdaram”.

Ay Tac


SON XƏBƏRLƏR