• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İrəvanda azərbaycanlı deputatları ölümlə hədələyiblər: "Başınızı kəsib..."

SİYASƏT

25 Fevral 2022 | 16:19 | Müəllif: Qalib İbrahimoğlu

İrəvanda azərbaycanlı deputatları ölümlə hədələyiblər: "Başınızı kəsib..."

"Azərbaycanın sözü Avronest üçün böyük əhəmiyyət kəsb edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili bu gün keçirilən mətbuat konfransında bildirib.

Avronestin builki iclasının İrəvanda keçirildiyini deyən Tahir Mirkişili, həmkarı Soltan Məmmədovla həmin iclasda iştirak etdiklərini xatırladıb: "Biz İrəvanda Ermənistanın müxalif deputatlarının bizə qarşı hücumu ilə qarşılaşdıq. Biz Soltan Məmmədov birlikdə onların sərt cavabını verdik. Onlara xatırlatdıq ki, bir daha belə çıxışlar etsələr, güclü Azərbaycan dövlətinin sərt reaksiyası ilə qarşılaşacaqlar".

T.Mirkişili İrəvanda öldürüləcəkləri ilə hədələndiklərini deyib: "Bizə orda bildirdilər ki, sizin başınızı kəsib evinizə göndərəcəyik. Təbii ki, biz bu kimi risklərlə qarşılaşacağımızı bilirdik".

Azərbaycanlı deputatların İrəvanda Baş nazir Nikol Paşinyanla görüşləri olub: "Haqq üçün etiraf etmək lazımdır ki, Ermənistan höküməti də kommunikasiya xətlərinin inkişafı naminə sülh missiyası lazımlığını deyir. Daha sonra biz Göy Məscidə getdik və Azərbaycanın ruhunu orda hiss edirdik. Qeyd edim ki, bu səfərdən sonra biz orda nəyəsə qadir ola bildiksə, bu bütövlükdə Azərbaycan Parlamentinin uğurudur".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026