İşğaldan azad edilmiş ərazilərdə ermənilərin dağıtdığı məzar daşlar bərpa olunur.
Bakıvaxtı.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi dövründə Qubadlıda dəfn edilmiş şəhidlərin məzarları yerli icra hakimiyyətinin sifarişi ilə bərpa olunur.
Ötən gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində dağıdılmış məzarı yenidən bərpa olunub. Bərpa işlərində onun oğlu Emin Əliyev də iştirak edib.
İşğaldan azad olunmuş Qubadlıda Azərbaycanın Milli Qəhrəmanları Vasiliy Əliyev və Aqil Məmmədovun məzarları isə hazırda bərpa olunur.
Ramid İbrahimov

















