• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ali təhsil üzrə yeni layihələr planlaşdırılır

CƏMİYYƏT

16 Iyul 2021 | 11:18

Ali təhsil üzrə yeni layihələr planlaşdırılır

2021-2022-ci tədris ilindən ali təhsil müəssisələrinin tələbələri üçün müasir peşələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı yeni layihələrin icrası planlaşdırılır.

Təhsil Nazirliyində Bakıvaxtı.az-a verilən məlumata görə, dövlət-özəl tərəfdaşlığına əsaslanacaq bu layihələrin reallaşması üçün hazırda yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları dəyərləndirilir. Bu istiqamətdə qabaqcıl təcrübəni tətbiq edən "Code Academy" şirkəti ilə İT sahəsində müasir biliklərə malik mütəxəssislərin yetişdirilməsində əməkdaşlıq ediləcək.

Qeyd edək ki, təhsilalanların müasir ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR