• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

İslamı “çinliləşdirmək” çağırışı

DÜNYA

28 Avqust 2023 | 11:20

İslamı “çinliləşdirmək” çağırışı

Çin prezidenti Xi Cingping ötən gün nadir səfərlərindən birini Sincan Uyğur Muxtar Bölgəsinə edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Çin lideri 2022-ci ilin iyulundan bəri regiona etdiyi ilk səfərində “sabitliyi” vurğulayıb: “İlk növbədə, biz sosial sabitliyin qorunmasına daim önəm verməli, inkişaf üçün sabitlikdən faydalanmalıyıq. Çətinliklə qazanılmış sabitliyimizi qorumalıyıq”.

Xi regional hakimiyyət orqanlarını "qeyri-qanuni dini fəaliyyətləri effektiv şəkildə izləməyə və İslamın çinliləşdirilməsini daha dərindən təşviq etməyə" çağırıb: "Biz Çin tipli modernləşmə prosesində gözəl, vahid, ahəngdar, zəngin və firavan olan daha yaxşı Sincan quracağıq".

Pekin administrasiyası Çinin şimal-qərbində yerləşən Sincanda "terror və radikalizm" kimi təsvir etdiyi vəziyyətə qarşı sərt siyasətlər həyata keçirir. Çoxlu sayda uyğur türkləri və digər müsəlman azlıqlar əsassız həbslərə məruz qalırlar. Çin hökuməti müsəlman azlığa qarşı assimilyasiya cəhdləri həyata keçirməkdə və insanları “təlim düşərgələri” adlandırdığı yerlərdə işləməyə məcbur etməkdə ittiham olunur.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sincanda "insanlığa qarşı cinayətlər törədilə bilər" adlı hesabat hazırlayıb. ABŞ və bir çox ölkələr regionda baş verənləri "soyqırım" kimi qələmə verir. Çin uyğur türklərinin işləməyə məcbur edildiyi iddialarını şiddətlə rədd etsə də, təhsil proqramları ilə bölgədəki radikalizmin aradan qaldırılmasına yardım etdiyini müdafiə edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026