• Bakı 12° C

    7.41 m/s

  • USD - 1.7

    EUR - 1.8621

    RUB - 0.0192

Zelenski keçmiş baş məşqçini özünə müşavir təyin etdi

DÜNYA

27 Sentyabr 2023 | 00:21

Zelenski keçmiş baş məşqçini özünə müşavir təyin etdi

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin futbol yığmasının keçmiş baş məşqçisi Andrey Şevçenkonu ştatdankənar məsləhətçi təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin saytında bildirilir.

Şevçenko futbolçu karyerası ərzində Kiyev “Dinamo”, “Milan” və Londonun “Çelsi” klublarında çıxış edib. Bundan sonra Şevçenko məşqçi olub. O, 2022-ci ilin yanvarında tərk etdiyi Ukrayna millisinə və İtaliyanın Genuya komandasına rəhbərlik edib.

Onun rəhbərliyi altında Ukrayna millisi 2020-ci il Avropa çempionatında 1/4 finala yüksəlib və burada İngiltərəyə 0 :4 hesabı ilə uduzub.


SON XƏBƏRLƏR

28 Noyabr 2023