• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İsmayıllıda dağlıq ərazidə yanğın söndürüldü

HADİSƏ

31 Avqust 2021 | 12:06

İsmayıllıda dağlıq ərazidə yanğın söndürüldü

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Bakıvaxtı.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026