İspaniya Ukraynaya rekord məbləğdə yardım verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.
Məlumata görə, İspaniya 1,129 milyard avroya silah təhvil verəcəyini vəd edib.
Belə ki, mayın 27-də Ukrayna prezidenti Vladimir Zelenski Madridə səfər edəcək.
Onun səfəri zamanı kral VI Filip, eləcə də ikitərəfli təhlükəsizlik sazişi imzalayacağı İspaniyanın baş naziri Pedro Sançeslə görüşəcəyi bildirilib.
Müqavilənin iki il müddətinə davam etməsi planlaşdırılır, lakin üç ilə qədər uzadıla biləcəyi qeyd olunur.
Yeni hərbi yardım paketinə “Patriot” raketlərinin yeni partiyası, 19 ədəd “Leopard 2A4” tankı, həmçinin İspaniyada istehsal olunan çoxlu sayda materialların daxil olacağı dəqiqləşir.
Bəzi silahlar iyunun 30-dək Ukrayna Silahlı Qüvvələrinə göndərilə bilər, lakin bir çox silahlar ispan şirkətləri tərəfindən hazırlanacaq, ona görə də onların çatdırılması istehsal tamamlanana qədər gecikə bilər.
Mina Mikayılova
















