İsrail ABŞ və Fransanın Livanda atəşkəs təklifini rədd edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı İsrailin xarici işlər naziri İsrael Katz sosial media platformasında paylaşım edib.
Katzın bəyanatı münaqişənin sülh yolu ilə həll ümidlərini puça çıxarıb.
Qeyd edək ki, ABŞ, Fransa və bəzi digər müttəfiq ölkələr Birləşmiş Millətlər Təşkilatında (BMT) gərgin danışıqlardan sonra İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəs elan edilməsinə dair çağırış etmişdilər. ABŞ administrasiyası atəşkəsin Livan və İsrail arasında sərhədi müəyyən edən "Mavi Xətt"ə şamil ediləcəyini və tərəflərə münaqişənin mümkün diplomatik həlli ilə bağlı danışıqlar aparmağa imkan verəcəyini bildirmişdi. Birgə bəyanatı imzalayan müttəfiqlər arasında Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı var idi.
BMT-də çıxış etmək üçün Nyu-Yorka gedən İsrailin baş naziri Binyamin Netanyahu ABŞ və Fransanın Livanda atəşkəs təklifinə cavab vermədiyini və orduya bütün gücü ilə döyüşməyi tapşırdığını bildirib.
Gülşən Şərif
















