• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsrailin hücumu zamanı İranda iki hərbçi həlak olub

DÜNYA

26 Oktyabr 2024 | 13:55 | Müəllif: Əli Hüseynov

İsrailin hücumu zamanı İranda iki hərbçi həlak olub

Şənbə günü gecə İsrailin cavab zərbə nəticəsində İran ordusunun iki əsgəri həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran ordusundakı mənbələrə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, ordu İranın təhlükəsizliyini qorumaq naminə iki döyüşçüsünü qurban verib.

İsrail ordusu yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, İrana hücum yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR