İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yüksək rütbəli komandiri Muataz Eidin Qəzza zolağına endirdiyi zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "The Israel Times"ın məlumatına görə, Eid HƏMAS terror qruplaşmasının Cənub Milli Təhlükəsizlik Bölgəsinə rəhbərlik edib. O, Qəzzada hava hücumu zamanı öldürülüb.
Məlumata görə, hərbçilər dünən Qəzza zolağında, əsasən şimalda olmaqla 250-dən çox hədəfi vurub. Hədəflər HƏMAS və Fələstin İslami Cihad hərbi qərargahları, müşahidə məntəqələri və bir neçə raket buraxılış məntəqəsi olub.
Murad Məmmədli
















