• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İsrailin hərbi kabineti İranla bağlı yenidən toplanır

DÜNYA

15 Aprel 2024 | 12:43

İsrailin hərbi kabineti İranla bağlı yenidən toplanır

İsrail Baş naziri Benyamin Netanyahu bu gün yerli vaxtla saat 14:00-da hərbi kabineti yenidən toplayacaq.

Bakıvaxtı.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.

    Mənbə əlavə edib ki, Baş nazir Netanyahu, müdafiə naziri Yoav Qallant, keçmiş müdafiə naziri Benni Qantz və bir neçə müşahidəçidən ibarət müharibə kabineti aprelin 14-də gecə görüşüb.

    Qeyd edək ki, hazırda bütün gözlər Netanyahunun hökumətindədir, İranın hücumundan sonra regionda olan və digər ölkələr münaqişənin şiddətlənməməsi üçün İsraili təmkinli olmağa çağırır.

    İsrailin hərbi kabinetinin əksəriyyəti İranın şənbə günü ölkəyə hücumuna cavab vermək istəyir, lakin bunun miqyası və vaxtı ilə bağlı fikir ayrılığı var.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026