• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İstanbul derbisi bu ölkədə keçiriləcək - RƏSMİ

İDMAN

21 Oktyabr 2023 | 10:58 | Müəllif: Subhan Mahmudov

İstanbul derbisi bu ölkədə keçiriləcək - RƏSMİ

Türkiyə superkubokunun oyununun keçiriləcəyi ölkə müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib. Son çempion "Qalatasaray"la kubokun qalibi "Fənərbaxça" arasında keçiriləcək qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində (Al-Awwal Park Arena) təşkil olunacaq. Matç dekabrın 30-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Qeyd edək ki, bu günlərdə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Azərbaycan tərəfinin də bu matça ev sahibliyi etmək istədiyini bildirib. Lakin o, bu oyunu qəbul etmək üçün "Azərbaycanda pul olmadığını" deyib./qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026