İstanbulun mərkəzində, metronun Haliç stansiyasında yanğın baş verib və qatarların hərəkəti dayandırılıb.
Bakıvaxtı.az NTV telekanalına istinadən xəbər verir ki, "Qızıl Buynuz” boğazının metro körpüsündə yerləşən stansiyanın elektrik kabelləri yanıb
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Vəziyyətlə əlaqədar Taksim və Hacıosman stansiyaları arasındakı M2 xəttində qatarların hərəkəti dayandırılıb.
















