• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İvanovun həbs müddəti növbəti dəfə uzadıldı

DÜNYA

17 Dekabr 2024 | 20:35 | Müəllif: Subhan Mahmudov

İvanovun həbs müddəti növbəti dəfə uzadıldı

Moskvanın Basmannı məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun həbs müddətini martın 23-dək uzadıb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Timur Vadimoviç İvanovun həbs müddətinin martın 23-dək uzadılması ilə bağlı müstəntiqin vəsatəti təmin edilib”, - hakim Timur Vaxromeyev qərarı elan edib.

İclas İvanovun rüşvət alması, Kerç keçidi üçün bərələrin satışı ilə bağlı 200 milyon rubldan çox vəsaitin mənimsənilməsi və dağılmış İnterkommerts bankından 3,2 milyard rublun oğurlanması işi üzrə keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR