• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Jara”nın adı dəyişdirildi

MƏDƏNİYYƏT

06 Aprel 2022 | 14:47

“Jara”nın adı dəyişdirildi

25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

Adın hansı səbəbdən dəyişdirilməsinin səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, festivalın davam edəcəyi 5 gün ərzində 150-dən çox artist çıxış edəcək. Onların arasında Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti və Emin var. Festivalda, həmçinin türkiyəli pop-ulduz Kənan Doğulu, Minelli, Morandi, Outlandish, Niletto, Klava Koka, Mari Kraymberi, Mot və digərləri çıxış edəcək.

“Jara”ya alınmış biletlər “Sea Breeze Summer Fest”də də keçərli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026