• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tokayev Azərbaycana gələcək

DÜNYA

07 Iyun 2022 | 09:37

Tokayev Azərbaycana gələcək

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

Onun sözlərinə görə, səfər zamanı bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır.

“Səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlər də imzalanacaq", - deyə səfir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026