• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Kadırov hansı xəstəlikdən əziyyət çəkir?

DÜNYA

18 Sentyabr 2023 | 18:19

Kadırov hansı xəstəlikdən əziyyət çəkir?

Çeçenistan lideri Ramzan Kadırovun səhhəti ilə bağlı növbəti iddia ortaya atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib.

Onun sözlərinə görə, Kadırov böyrəkləri ilə bağlı problem yaşayır:

“Çeçenistan rəhbəri kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Buna görə də tez-tez hemodializə ehtiyac duyur”.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı bir qədər əvvəl Kadırovun komada olduğunu yazmışdı. Buna cavab olaraq Çeçenistan lideri parkda gəzinti zamanı video paylaşaraq iddialara son qoymuşdu./globalinfo


SON XƏBƏRLƏR