“İsrail terrorçulara qanuni olaraq zərbələr endirdikdə, təəssüflər olsun ki, mülki əhali də əziyyət çəkir”.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə görüşünün yekunlarına dair danışarkən deyib.
“Bunun günahkarı HƏMAS-dır və mülki əhali arasında qurbanlara görə məsuliyyətə cəlb edilməlidir”, - deyə Netanyahu qeyd edib.
O, bununla belə vurğulayıb ki, İsrail Qəzza zolağında mülki əhali arasında itkiləri minimuma endirməyə çalışır və anklav sakinlərini yenidən daha təhlükəsiz bölgələrə köçməyə çağırıb.















