• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Kamran Əliyev vəzifəsindən azad edildi

CƏMİYYƏT

27 Mart 2024 | 15:58

Kamran Əliyev vəzifəsindən azad edildi

DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev vəzifəsindən azad edilib. 

Bakıvaxtı.az Avtosfer.az-a istinadən xəbər verir ki, Kamran Əliyev daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə xidmətdə olmanın son yaş həddinə görə təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Kamran Əliyev uzun illər Baş DYP İdarəsinin ictimai əlaqələr şöbəsinin, daha sonra isə YPX Şöbəsinin rəisi olub. Bir neçə il idi ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026