• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Karateçimiz Avropa çempionu oldu

İDMAN

22 May 2021 | 15:34

Karateçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın karateçisi İrina Zaretska Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Yunanıstan təmsilçisi Vasiliki Panetsidu ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Zaretska Avropa çempionu olub.

Qeyd edək ki, İrina Zaretska 2016-cı ildə Avropa, 2018-ci ildə isə dünya çempionatında da qızıl medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026