• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Avro-2020: Türkiyə mübarizəni dayandırdı

İDMAN

20 Iyun 2021 | 22:01

Avro-2020: Türkiyə mübarizəni dayandırdı

AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda qrup mərhələsinin üçüncü oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və İsveçrə milliləri qarşılaşıb.

Oyun İsveçrə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.

Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026