Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə davam edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqazda sabitlik rəsmi Tbilisi üçün vacibdir.
Kavelaşvili Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəklədiklərini bildirib.