• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kəlbəcər sakinini odlu silahla öldürən şəxs saxlanıldı - YENİLƏNİB

CƏMİYYƏT

08 Iyun 2024 | 00:07 | Müəllif: Subhan Mahmudov

Kəlbəcər sakinini odlu silahla öldürən şəxs saxlanıldı - YENİLƏNİB

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən bildirilib. 

 

***20:45

Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq güllə yarası alan Bəxtiyar Heydərov dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə şəhərdə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb.

Belə ki Kəlbəcər rayon sakini Hikmət Mamedov şəxsi münasibətlər zəmnində həmyerlisi Bəxtiyar Heydərovu ov tüfəngi ilə gülləyəyib.

H.Mamedov saxlanılıb.

 

**20:13

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H. Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR