• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Kəlbəcərdəki yeni yaşayış kompleksinə 201 ailə köçürüləcək

CƏMİYYƏT

03 Sentyabr 2024 | 15:11

Kəlbəcərdəki yeni yaşayış kompleksinə 201 ailə köçürüləcək

Kəlbəcər şəhərindəki 524 ailəlik yaşayış kompleksi 19,5 hektar sahəni əhatə edir.

Bakıvaxtı.az xəbər verir ki,Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.

Bildirilib ki, kompleksdə “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.B

İkinci mərhələdə buraya 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Həmin gün Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin də təməli qoyulub.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024