• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Kılıçdaroğluya verilən hər səs buna səbəb olacaq

DÜNYA

13 May 2023 | 22:00 | Müəllif: Subhan Mahmudov

Kılıçdaroğluya verilən hər səs buna səbəb olacaq

Tarixi gün ərəfəsindəyik. Hər kəsdən xahiş edirəm ki, seçki qutusuna getsin və gələcəyini qorusun.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı deyib.

"Hazırkı mərhələdə HDP nədirsə, CHP ilə İYİ Partiyası eynisidir. Aralarında heç bir fərq yoxdur. Yaşıl Sol Partiya CHP və İYİ Partiya deməkdir. PKK hamısını ələ keçirib. Səmimi şəkildə xəbərdar edirəm, CHP və İYİ Partiyasına səs verən qardaşlarımızın nəzərinə çatdırıram: Kamal Kılıçdaroğluya verilən hər səs Qəndilə gedəcək və terrorçular üçün can damarı olacaq. Kılıçdaroğluya verilən hər səs hücumlara, sui-qəsdlərə, qanlı hərəkətlərə xidmət edəcək. Bu partiyaya verilən hər səs Türkiyənin yolunu kəsəcək, türk millətinin tarixi gedişini pozacaq. Mən inanıram ki, Antalya bu bəlaya tərəf olmayacaq və ola da bilməz. PKK-nın kölgəsində gizlənən, FETÖ maskası taxan Kılıçdaroğluya razılıq verməz", - Baxçalı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026