• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Kişi olmaq təhlükəlidir: 'life2vec' analizində şok nəticələr...

CƏMİYYƏT

21 Dekabr 2023 | 11:56

Kişi olmaq təhlükəlidir: 'life2vec' analizində şok nəticələr...

Süni intellekt artıq nə vaxt öləcəyimizi də proqnozlaşdırır. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Danimarka Texniki Universitetinin mütəxəssisləri ABŞ-lı həmkarlarının dəstəyi ilə böyük “məlumat hovuzu”ndan istifadə edərək “life2vec” adlı süni intellekt kompüter proqramı hazırlayıblar.

Peşədən tutmuş sağlamlığa qədər insanlar haqqında onlarla məlumat ChatGPT kimi işləyən "life2vec"ə yüklənib.

Bunlar 2008-ci ildən 2016-cı ilə qədər olan məlumatları əhatə edir. Bu məlumatlardan istifadə edərək "Life2vec" insanların nə qədər pul qazandıqları və nə vaxt öləcəkləri ilə bağlı qiymətləndirmələr aparıb. Süni intellektin proqnozlarının 78% doğru olduğu müəyyən edilib.

Bu, əhali məlumatları əsasında əldə edilib. "Life2vec" 2020-ci ilə qədər bu insanların dörddə üçündən çoxunun ölümünü düzgün proqnozlaşdırıb. Maraqlısı o idi ki, proqram erkən ölüm riski qrupunda kişiləri xüsusi vurğulayırdı.

Qeyd edək ki, erkən ölüm faktorlarına kişi olmaqdan əlavə, psixi sağlamlıq problemi də daxildir. Yüksək gəlirə sahib olmaq və lider rolunda olmaq daha uzun ömür sürən amillərdən sayılır.

Komanda lideri Sune Lehmann əldə etdikləri məlumatların çatışmazlıqlarına görə ictimaiyyətə açıq olmadığını söyləyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR