• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş prokuror Binəqədidəki dəhşətli partlayışdan DANIŞDI

CƏMİYYƏT

20 Yanvar 2024 | 11:21

Baş prokuror Binəqədidəki dəhşətli partlayışdan DANIŞDI

"Binəqədi rayonunda baş verən yanğında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".

Bakıvaxtı.az-ın xəbərinə görə, Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Binəqədidə baş verən yanğında 9 nəfər dünyasını dəyişib, yaralılar var: "Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".

Baş prokuror bildirib ki, Cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hal-hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğınla bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qayda da Pernital Mərkəzdə baş verən yanğınla bağlı məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırd istintaq davam edir".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026