"Beyin ölümü və koma fərqli anlayışlardır".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, beyin ölümü insanın bioloji ölümü deməkdir:
"Beyin ölümü zaman xəstə aparatdan ayrılır. Əgər o, ölümündən öncə donor olmaq üçün müraciət etməyibsə, qohumlarından icazə alınır",- həkim qeyd edib.
Y.Abbasova nəzərə çatdırıb ki, koma vəziyyəti xəstənin aparata bağlı olaraq yaşamasıdır:
"Koma zamanı insan müəyyən zaman sonra ayıla bilər, amma beyin ölümündə ayılma müşahidə olunmur".
Əli Hüseynov






jpg-1728035608.webp)



jpg-1728030987.webp)

jpg-1728030434.webp)



