• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Köpək balığı turisti parçaladı!

CƏMİYYƏT

09 Iyun 2023 | 17:24

Köpək balığı turisti parçaladı!

Misirin turizm şəhəri olan Hurqadada turist köpək balığının hücumu nəticəsində ölüb. Balıq növünün "Pələng köpəkbalığı" olduğu bildirilir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada sözügedən köpəkbalığının qeyri-adi aqressivlik nümayiş etdirdiyi və keçmiş köpəkbalığı hücumları ilə əlaqəli ola biləcəyi qeyd edilib.

Köpəkbalığının ovlandığı və müayinə üçün laboratoriyaya aparıldığına diqqət çəkən açıqlamada hücumun baş verdiyi ərazidə bütün fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı bildirilib.

Xatırladaq ki, 3 iyul 2022-ci ildə Hurqadanın cənubundakı Səhl əl-Həşiş bölgəsində köpək balığının hücumu nəticəsində iki qadın həlak olmuşdu.

Ay Tac


SON XƏBƏRLƏR

18 Mart 2024