• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Koronavirus qayıdır? - COVID-19 hər addımda sürpriz bəxş edir...

CƏMİYYƏT

23 May 2022 | 21:05

Koronavirus qayıdır? - COVID-19 hər addımda sürpriz bəxş edir...

Dünyanın təqribən 70 ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib. Onun sözlərinə görə, bu, dünyada koronavirus testlərindən keçmənin azalması fonunda baş verir.

Baş direktor infeksiyanın yayılmasını dayandırmaq məqsədilə bütün dövlətləri əhalisinin azı 70 faizinin COVID-19 əleyhinə peyvəndlə əhatə olunmasına və koronavirus əleyhinə sanitar məhdudiyyətlərinin yenidən tətbiq edilməsinə hazır olmağa çağırıb.

Gebreyesus COVID-19 səbəbindən ölüm hallarının sayının 2020-ci ilin martından bəri ən aşağı səviyyədə olmasına baxmayaraq, Afrikada bu göstəricinin artmasına diqqət çəkib: "Koronavirus hər addımda sürpriz bəxş edir və onun yayılma istiqamətini, intensivliyini qabaqcadan öyrənmək hələ də mümkün deyil”.

Baş direktor bütün ölkələri COVID-19 virusunun yayılmasına qarşı tədbirlərin səhiyyə sahəsində təkrar tətbiqinə, zərurət yaranarsa sosial tədbirlərin də uyğunlaşdırılmasına hazır olmağa səsləyib.

"Dünyada vaksinlə təminatın vəziyyəti yaxşılaşıb, lakin bəzi ölkələrdə vaksinlənmənin aparılmasına siyasi bağlılığın lazımi səviyyədə olmaması müşahidə olunur”, - deyə Tedros Adanom Gebreyesus vurğulayıb.


SON XƏBƏRLƏR