• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Koronavirusa yoluxan tibb işçilərinə 15 min təzminat ödəniləcək

DÜNYA

29 Sentyabr 2022 | 12:14 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusa yoluxan tibb işçilərinə 15 min təzminat ödəniləcək

Hollandiya hökuməti koronavirus epidemiyasının ilk dalğasında COVID-19-a yoluxan tibb işçilərinə birdəfəlik təzminat ödəyəcək.

 Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin uzunmüddətli  baxım və idman naziri Conny Helder qrantın əlillik müavinətləri və ya keçid planları kimi deyil, "tibb işçilərinin çəkdiyi əziyyətin tanınması" üçün nəzərdə tutulduğunu söyləyib. Hökumətin hazırladığı “könüllü təzminat” planına 2020-ci ilin mart-iyun ayları arasında koronavirus xəstələrinə birbaşa qulluq göstərən, yaxından iştirak edən, özləri də xəstələnən və bu prosesdə uzunmüddətli şikayətlərdən əziyyət çəkən tibb işçiləri daxildir.

Nazir Helder koronavirus epidemiyasının ilk dalğasında böyük səylər göstərən tibb işçilərinin COVID-dən sonra uzunmüddətli şikayətlərin ciddi nəticələrini yaşamalarına təəssüfləndiklərini söyləyib. Onun sözlərinə görə, bu səbəbdən də hökumət bu tibb işçiləri üçün nə edilə biləcəyini araşdırıb. Bu çərçivədə koronavirusa ilk dalğada yoluxan və uzun müddət səhhətində problemlər yaşayan personala birdəfəlik 15 min avro ödənilməsinə qərar verilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026