• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

ABŞ Polşada atom elektrik stansiyası tikəcək

DÜNYA

29 Oktyabr 2022 | 10:02

ABŞ Polşada atom elektrik stansiyası tikəcək

Polşanın baş naziri Mateusz Morawiecki Polşanın ilk atom elektrik stansiyasının tikintisi üçün ABŞ-ın nüvə enerjisi şirkəti Westinghouse-u seçdiklərini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, baş nazir Mateusz Morawiecki sosial media hesabında yazıb: "Güclü Polşa-ABŞ ittifaqı birgə müəssisələrin müvəffəqiyyətinə zəmanət verir". Morawiecki bildirib ki, qərar çərşənbə günü, noyabrın 2-də Nazirlər Şurası tərəfindən rəsmi olaraq təsdiqlənəcək.

Qeyd edək ki, ABŞ firmasından başqa Fransanın EDP və Cənubi Koreyanın KNHP firması da Polşaya atom elektrik stansiyasının tikintisi üçün təkliflər təqdim edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026