• Bakı 24° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Zelenski Rusiya ilə bağlı çağırış etdi

DÜNYA

28 Noyabr 2022 | 09:20

Zelenski Rusiya ilə bağlı çağırış etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya yeni raket zərbələri endirəcəyini bəyan edib və öz vətəndaşlarını elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az  xəbər verir ki, o, bu barədə Ukrayna xalqına videomüraciətdə deyib. 

"Biz başa düşürük ki, terrorçular növbəti hücumlar planlaşdırırlar. Təəssüf ki, raketləri olduğu müddətdə onlar sakitləşməyəcəklər", - deyə Zelenski ifadə  edib.  

Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsinə diqqət çəkən Ukrayna prezidenti növbəti həftənin də əvvəlki həftə kimi çətin ola biləcəyini bildirib.

Zelenskinin sözlərinə Moskvadan heç bir cavab verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR