“Vaksinlərin təsir etmədiyi yeni, daha virulent ştamın meydana gəlməsi təhlükəsi qalmaqdadır”,
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus deyib.
Onun sözlərinə görə, mövcud vaksinlərin gücsüz olduğu koronavirusun yeni, daha təhlükəli ştamının yaranma ehtimalı kifayət qədər realdır.
"ÜST bəzi regionlardakı tendensiyalardan narahatdır. Belə ki, hazırda Afrika, Qərbi Sakit Okean regionunda COVID-lə əlaqəli ölüm halları artmaqdadır. Amerika qitəsində isə həm yoluxma, həm də ölüm sayında artım var" deyən ÜST-ün Baş direktoru yeni virusun necə inkişaf edəcəyini deməyin çətin olduğunu söyləyib.
















