• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Koronavirusla meymunçiçəyinə eyni anda yoluxmaq mümkündür?

CƏMİYYƏT

04 Iyul 2022 | 15:54

Koronavirusla meymunçiçəyinə eyni anda yoluxmaq mümkündür?

Dünya hazırda iki infeksion xəstəliklə mübarizə aparır. Koronavirus pandemiyası bitməmiş meymunçiçəyi xəstəliyi yayılıb. Həm də son günlər koronavirusa yoluxma hallarında xeyli artım müşahidə olunur.

Maraqlıdır, bir şəxs eyni anda hər iki virusa yoluxa bilərmi? İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, hər iki virusa eyni anda yoluxma halı mümkündür: “Meymunçiçəyi və koronavirus ayrı-ayrılıqda virus xəstəlikləridir. Bu viruslara bir adam eyni anda yoluxa da bilər və ya birinə yoluxub, sonradan digərini tuta bilər”.

İnfeksionistin sözlərinə görə, bu hallara hələ ki, rast gəlinib-gəlinməməsi ilə bağlı geniş informasiya yoxdur: “Amma təbii ki, bu halların baş verməsi ehtimalı mümkündür. Çünki biz bunu digər infeksion xəstəliklərdə müşahidə etmişik”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

29 Aprel 2024