• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Xaricdə oxuyan tələbələrimizə GÜZƏŞT TƏLƏBİ

CƏMİYYƏT

03 Avqust 2022 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

Xaricdə oxuyan tələbələrimizə GÜZƏŞT TƏLƏBİ

Məlumdur ki, quru sərhədlər hələ də açılmayıb. Əslində, problem quru sərhədlərin açılmaması deyil, aviaşirkətlərin bundan istifadə edərək təyyarə biletlərinin qiymətini daha da bahalaşdırmasıdır. Belə ki, minlərlə azərbaycanlı tələbə xarici ölklərdə təhsil alır. Quru sərhədlər açılmadığı üçün həmin tələbələr ildə ən azı 2 dəfə təyyarə ilə gəlib getməli olurlar. Qiymətlər çox baha olduğu üçün tələbələr maddi baxımdan böyük problem yaşayırlar.

Quru sərhədlər yalnız tələbələr üçün açıla bilər? Ağ Partiyanın başqanı Tural Abbaslı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, quru sərhədlərinin açılmamasının nə epidemeloji, nə də siyasi səbəbi var: “Burda sırf hakimiyyətin bəzi dairələrinin iqtisadi səbəbləri var ki, onlar subyektiv baxımdan bu yolların açılmasında maraqlı deyillər. Son açıq olan quru sərhədlər Naxçıvandan Türkiyəyə və Naxçıvandan İrana idi, onu da sonradan bağladılar. Amma burda bir istisna oldu: səhv etmirəmsə, Naxçıvan sakinləri və naxçıvanlı tələbələr üçün Türkiyəyə gediş-gəliş və İrana müalicə üçün gediş-gəliş sərbəstdir. Dövlətin bir vətəndaşına icazə varsa, digərinə də ola bilər. Yəni, dövlət ərazisində hər hansı regionda qeydiyyatda olan insana xüsusi, digərinə isə başqa bir status vermək olmaz. Bu, konstitusiyamıza da ziddir, çünki vətəndaşlar konstitusiyaya görə hüquq qarşısında bərabərdirlər. Vətəndaşların dinindən, irqindən, cinsindən, irqindən, siyasi mənsubiyyətindən yaşadığı və qeydiyyatda olduğu ərazidən asılı olmayaraq hüquqları bərabərdir”.

T.Abbaslı tələbələr üçün quru sərhədlərinin açılacağını düşünmür: “Amma hər halda AZAL və yaxud hər hansı daha ucuz aviaşirkətlərlə razılıq əldə oluna bilər, Türkiyədə və digər ölkələrdə təhsil alan tələbələr üçün xüsusi güzəştli qiymətlərlə təmin oluna bilərlər. Hamıya bəllidir ki, Bakı-İstanbul reysinin real qiyməti maksimum 100 manat civarındadır. Yəni, bunu 600-700 manata satmağın heç bir mənası yoxdur. Bir mənası var, o da AZAL-ın rəhbərinin varlanmasıdır. Bu baxımdan belə bir qərar verilə, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ola bilər. Təəssüf ki, bu qurumların da başları müxtəlif işlərə qarışıb”.

Tələbələrin də belə bir istəyinin olduğunu deyən T.Abbaslı bildirib ki, bu, sosial sifarişdir: “Düşünürəm ki, rəsmi şəkildə AZAL-a və ya Nazirlər Kabinetinə müraciət oluna bilər, onlar da bu qərarı qəbul edə bilərlər. Guya nə qədər tələbə var ki?! O baxımdan əgər israrla quru sərhədləri açmaq istəmirlərsə, tələbələrin xüsusi güzəştli qiymətlərlə getməsi təmin oluna bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026