• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Bu videoları İZLƏMƏYİN - PSİXOLOQDAN ÇAĞIRIŞ 

CƏMİYYƏT

02 Sentyabr 2022 | 12:43

Bu videoları İZLƏMƏYİN - PSİXOLOQDAN ÇAĞIRIŞ

Elə bir dövrə gəlib çıxmışıq ki, artıq həm uşaq, həm də böyük asanlıqla pis vərdişlərə qurşana bilərlər. 

Bunun da əsas səbəbi pis vərdişləri yayan insanların daha da əlçatan olmasıdır. İnsanlar həmin insanlara qibtə edir, o cür həyat tərzinin rahat olduğuna inanırlar. Ancaq sevindirici haldır ki, son illərdə bir neçə "Youtube" kanalı keçmiş narkoman, avtoritet, alkoqolik və s. bu kimi insanlarla müsahibələr edir, onların necə ağır bir həyatdan keçdiyini göstərirlər. Bu verilişlərin məqsədi izləyiciləri maarifləndirmək və bu vərdişlərdən uzaq durmağa çalışmaqdır. Ancaq bəzən tam əksi olur, insanlarda, xüsusilə də yeniyetmələrdə maraq oyanır, heyranlıq duyurlar. Bu cür müsahibələrin insan psixologiyasına əsk təsir etməməsi üçün nə etmək lazımdır?   

Psixoloq Nizami Orucov Bakıvaxtı.az-a bildirib ki, əslində, tam əksi baş vermir. Narkomanlar, qumarbazlar və s. bu kimi şeylər haqqında olan videolar insanlara çox gözəl təsir edir: “Yəni bu videoya baxanların müəyyən hissəsinin qorxu hissi keçirməsinə səbəb olur. Böyük ehtimal, daha çox kriminal həyat tərzi sürən insanların videolarına qibtə olunduğunu nəzərdə tutursunuz. Bəli, həmin videolaraq maraq daha çoxdur. Bunun da çıxış yolu maarifləndirmədir. Kriminal həyat tərzinin, həbs həyatının heç də təqdim edildiyi kimi gözəl, rahat, yaxşı bir şey olmadığını, həbsxana həyatının böyük bir əziyyət olduğunu göstərməliyik. Yəni orda təqdimat elə qurulmalıdır ki, insanlara, xüsusən yeniyetmələrə belə həyatlarda zövqün çox az olduğu göstərilsin”. 

Psixoloq qeyd edib ki, istər narkoman, istər avtoş, istər avtoritet, oğru, istərsə də alkoqolik – onların hamısının həyat hekayəsini çəkib göstırmək lazımdır ki, birbaşa fəsadlarını görsünlər: “Bəzən elə videolar çəkən şəxslər izləyicilərin diqqətini çəkmək üçün xüsusi musiqi və başlıqlar seçməli olurlar, amma nəticə etibari ilə düşünürəm ki, bu videoların xeyri qatbaqat çoxdur, nəinki ziyanı. Pis bir şey etmək istəyən insan gedib onu tapıb edəcək. Yaxşıya çəkmək üçün edilən bütün cəhdləri dəstəkləyirəm. Sadəcə həmin videolarda diqqətli olmaq lazımdır. Təqdimatı elə dil ilə demək lazımdır ki, insanlarda ikrah hissi yaransın, maariflənsin, pis, dağıdıcı, həyatlarını məhv edəcək yollara düşməsinlər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026