• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

TƏBİB: Xətaidəki yanğında 21 nəfərə yardım edilib

CƏMİYYƏT

01 Oktyabr 2022 | 20:58 | Müəllif: Subhan Mahmudov

TƏBİB: Xətaidəki yanğında 21 nəfərə yardım edilib

TƏBİB Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınla əlaqədar əraziyə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

"Hadisə nəticəsində 21 (10-u kişi, 11-i qadın, 2-si uşaq olmaqla) nəfərdən 19-na yerində yardım edilib. İki nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib. Onların müalicəsi davam edir", - deyə məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR