Dərinin rənginin dəyişməsi ilə özünü göstərən Vitiliqo (Ala) xəstəliyi dəridəki ağ ləkələrlə hər kəsin diqqətini çəkir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu xəstəliyə tutulan dünyaca məşhur ulduzlar da az deyil. Winnie Harlow, Roger Monte, Steve Martin, Jon Hamm və Holly Marie bu xəstəliyə yoluxan ulduzlar arasındadır. Bu xəstəliyin Maykl Ceksonu da ağartdığı iddia edilirdi.
Vitiliqo və ya cəmiyyətdə “ala” kimi tanınan bu xəstəlik piqment istehsal edən hüceyrələrdə və piqmentdə itkilər səbəbindən inkişaf edir. Bu xəstəliyin yaranmasında risk faktorlarının 80 faizi genetik quruluşumuzla bağlı olduğu halda, qalan 20 faizi ətraf mühit faktorları ilə bağlıdır.
Ümumi genetik risk faktorlarına görə, bu xəstələrdə tiroid, diabet, oynaq, anemiya və böyrəküstü vəzi xəstəlikləri kimi müşayiət olunan otoimmün (immun) xəstəliklər inkişaf edə bilər.
Müalicə variantları arasında kremlər, toxunulmazlığı təsir edən ağızdan vurulan iynə və inyeksiya dərmanları, ev və ya xəstəxana tipli fototerapiya tətbiqləri, lazer sistemləri, kosmetik tətbiqlər, cərrahi yanaşmalar, oksidləşmə sistemini tənzimləyən müalicələr və digər bölgələrin rənginin açılması daxildir.
Nuranə Daxilqızı
Bakı 



