• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dövlət Komitəsinin gənc əməkdaşları üçün təlim təşkil edilib

CƏMİYYƏT

02 Sentyabr 2022 | 13:41

Dövlət Komitəsinin gənc əməkdaşları üçün təlim təşkil edilib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin gənc əməkdaşlarından bir qrupu ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi üzrə təlimə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, təlimə peşə hazırlığı sahəsində ölkəmizdə tanınmış şirkətlərdən olan “Dadaşsoy grup”un mütəxəssis-təlimçisi Könül Quliyeva moderatorluq edib.

Təlimin təşkilində əsas məqsəd nəzəri biliklərin təkmilləşdirilməsi, ünsiyyət bacarığı, ünsiyyətin qurulması texnikası, kommunikasiyada bədən dili, səs və görüntünün əhəmiyyəti, problem və həlli yollarının formalaşdırılması, müxtəlif kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində kommunikasiya bacarığının rolu ilə bağlı  komitənin gənc əməkdaşlarının bilik və təcrübəsinin artırılması olub.

Təlimin sonunda iştirakçılara serifikatlar təqdim edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026